21 C
Baku
15 Mart 2025, 13:22
Baş xəbərDünya

Sərgilənən rəsm əsəri oğurlandı

Hollandiyada 50 il əvvəl Polşa Milli Muzeyindən oğurlanan və rəssam Pieter Bruegel de Jongeyə aid olduğu güman edilən rəsm əsəri aşkar edilib. Hollandiyanın Qouda Muzeyində nümayiş etdirilən və rəssam Pieter Bruegel de Jongeyə aid olduğu düşünülən rəsm əsərinin 50 il əvvəl Polşa Milli Muzeyindən oğurlandığı məlum olub.

Oğurlanmış sənət əsərləri siyahısında olmasa da, muzeyə kreditlə gətirilən əsər naməlum şəxsdən götürülüb.

Hadisə aşkarlandıqdan sonra iş üzrə araşdırmalara başlanılıb.

Polşa səlahiyyətliləri rəsmin geri alınmasını tələb edərkən, hüquqi yardım istədiklərini açıqladılar.

Kiçik Pieter Bruegel, atasının əsərlərini kopyalayaraq şöhrət qazanmış 16-cı əsrdə yaşamış Flamand rəssamı Pieter Bruegelin oğludur.

Bruegel ailəsi sənətə verdiyi töhfələrlə tanınan və sənət tarixində iz qoyan mühüm rəssamlar sülaləsidir.

780 MİN AVROYA SATILIR

Oxşar vəziyyət bir neçə il əvvəl bir fransız ailəsi evlərində asılmış “Kənd vəkili” adlı əsərin olduğu rəsmin orijinal olduğunu aşkar etdikdə və rəsm 780 min avroya satılıb.

Bundan əlavə, Almaniyada yol kənarında tərk edilmiş 17-ci əsrə aid iki qiymətli rəsm əsəri tapılıb və onların hollandiyalı rəssam Samuel van Huqstraten və italyan Pietro Bellottiyə aid olduğu təxmin edilir.

Mənbə: Dəmirören Xəbər Agentliyi (DHA)

Aynur Camal

Oxşar xəbərlər

Dünya titrəməyə davam edir! Güclü zəlzələ baş verdi

Aynur Camal

Dünyanın 3-cü ən varlı adamı Ceff Bezos ev alarkən endirim istədi: Sövdələşmə üsulu ilə biznesə başladı

Aynur Camal

Qaya parçaları yola düşüb: 1000-dən çox insan tıxacda qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu