Baş xəbərİdman

“Sərhəd” hərbi-idman oyunlarında 11 komanda finala vəsiqə qazandı

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Dövlət Sərhəd Xidmətində Dahi Öndərin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq bir sıra tədbirlər keçirilir.

Bugun.tv-yə daxil olan məlumata görə, dünən Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Sərhəd” hərbi-idman oyunlarının “Lənkəran” sərhəd dəstəsində final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Mədəniyyət nazirliyinin regional idarələrinin nümayəndələrinin qatıldığı mərasimdə çıxış edənlər belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların sərhədçi peşəsinə maraqlarının artırılması və hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu qeyd ediblər.

Respublikamızın 35 rayonundan 161 məktəbin 805 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci mərhələləri yekunlaşmış, gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Mingəçevir şəhərindən “Qartal”, Lənkəran şəhərindən “Üfüq”, Neftçala şəhərindən “Sərhədçi”, İmişli rayonundan “Turan”, Cəlilabad rayonundan “Ləkin”, Ağstafa rayonundan “Sərhədçi”, Ordubad rayonunun “Xətailər”, Şəmkir rayonundan “Mübarizlər”, Qusar rayonundan “Zeyxur”, Qax rayonundan “Zəfər” və Oğuz rayonunun “Oğuz-3” komandandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.

Tədbir iştirakçıları və qonaqlar hərbi hissədə Heydər Əliyev ideoloji mərkəzini ziyarət edib, hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olubar. Lənkəran rayon Mədəniyyət Evinin kollektivinin təşkil etdiyi konsert proqramını izlədikdən sonra məktəblilərin Lənkəran şəhərində yerləşən Heydər Əliyev mərkəzinə və bir sıra tarixi muzeylərə maraqlı ekskursiyaları təşkil edilib.

“Lənkəran” sərhəd dəstəsində davam edən oyunların final mərhələsi may ayının 4-dək davam edəcəkdir.

Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.

Mənbə: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Aynur Camal

Oxşar xəbərlər

14 Mart Ümumdünya Pi Günü: Riyaziyyatda ən xüsusi nömrələrdən biri niyə qeyd olunur?

Aynur Camal

16 yaşdan kiçik şəxslərə sosial media qadağası gündəmdədir

Aynur Camal

3 avtomobil toqquşdu: 6 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu