19 C
Baku
8 Sentyabr 2024, 3:45
Digər

Sərhəd Xidməti 2022-ci il üçün hesabat verib

2023-cü il yanvarın 17-də Dövlət Sərhəd Xidmətində (DSX) 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib. Bu barədə DSX-nin yanvarın 18-də yaydığı açıqlamada deyilir.

Məlumata görə, il ərzində 1323 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 54 ədəd piyada əleyhinə, 8 ədəd tank əleyhinə mina, 85 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.

Müşavirədə deyilib ki, il ərzində 550 halda 774 nəfər tərəfindən dövlət sərhədinin pozulması cəhdlərinin qarşısı alınıb.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər saxlanılıb. Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər şəxs saxlanılıb, 11 nəfər isə müəyyən edilib.

Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Azərbaycanda dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib.

Açıqlamaya görə, 2022-ci il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon 592 min 485 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 683 kq narkotik xassəli bitki məhv edilib.

Dövlət sərhədini pozduqlarına görə 559 nəfər, sərhəd rejimini pozduqlarına görə 9827, axtarışda olan 2843, saxta sənədlərlə 319 nəfər saxlanılıb.

Məlumatda vurğulanır k, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 4 halda 4 nəfər sərhəd pozucusu həyatını itirib

Sevinc Sadıqova

Oxşar xəbərlər

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin tarixi məlum olub

Aynur Camal

“Narkotikə “yox” deyək” !

Aynur Camal

Planet Laboratoriyası ABŞ Hərbi Dəniz Qüvvələrinə peyk görüntülərini təqdim edəcək

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu