12 C
Baku
11 Aprel 2026, 2:39
Dünya

Sərnişin avtobusu və yanacaq tankeri toqquşub: 9 nəfər ölüb

Hər il 17 mindən çox insanın ölümü ilə dünyanın ən pis yol hərəkəti təhlükəsizliyi rekordlarından birinə sahib olan İranda yenidən dəhşətli qəza baş verib. Avtobus və yanacaq tankerinin toqquşması nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilib.

Tesnim Xəbər Agentliyinin məlumatına görə, Sistan-Bəlucistan Qızıl Aypara Cəmiyyətinin direktoru Məhəmməd Mehdi Seccadi hadisə ilə bağlı məlumat verib. Seccadi, “Zahidanın Sefid Abad yolunun 10-cu kilometrliyində sərnişin avtobusu ilə yanacaq tankerinin toqquşması nəticəsində baş verən qəzada 9 nəfər hadisə yerində ölüb, 13 nəfər yaralanıb”.

İran rəsmisi qeyd edib ki, hadisə yerinə xilasedicilər qrupu və təcili yardım maşınları göndərilib.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu