Rusiyanın Komi Respublikasında sərnişin qatarının relsdən çıxması nəticəsində 50 nəfər xəsarət alıb.
Rusiyanın Komi Respublikasının Vorkuta şəhərindən Novorossiysk istiqamətində hərəkət edən sərnişin qatarının 9 vaqonu relsdən çıxıb.
Hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.
50 yaralıdan 7-nin vəziyyəti ağırdırRusiya Səhiyyə Nazirliyi ilkin məlumatlara görə, təxminən 50 nəfərin yaralı olaraq vaqondan çıxarıldığını, yaralılardan 7-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Rusiya İstintaq Komitəsi vaqonların relsdən çıxması ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
İlkin təsbitlərə görə, relslərin güclü yağışlar nəticəsində zədələndiyi və qəzanın bu səbəbdən baş verə biləcəyi vurğulanır.
Mənbə: EnSonHaber
