20 C
Baku
1 İyun 2025, 22:26
Baş xəbərSosial

Sərnişinlərin icbari tibbi sığortası mütləqdirmi? – EKSPERT RƏYİ

Həyat sürprizlərlə doludur. Təkcə xoş yox, həm də arzuolunmaz sürprizlərlə. Sözsüz ki, hadisələrdən heç kim sığortalanmayıb. Məsələn, yola çıxdığımız andan bizi nələrin gözlədiyini təxmin edə bilmirik. Bu baxımdan sərnişinlərin icbari fərdi qəza sığortası mühüm əhəmiyyət kəsb edir.

Bugun.tv xəbər verir ki, sözügedən sığorta növü “İcbari sığortalar” haqqında qanunla tənzimlənir. Bu sərnişindaşıma xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyat və sağlamlığına hər hansı sığorta hadisəsi nəticəsində zərər dəydikdə tətbiq edilir.

Sığorta üzrə ekspert İlkin İbrahimov deyir ki, bu növ sığorta ölkəmizdə 2011-ci  ildən tətbiq edilir və ödəniş haqqı nəqliyyatın növünə görə dəyişir. “Bu daşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinə aiddir. Hava avtonəqliyyat vasitələrində təyyarələr, suda gəmilər, dəmir yolunda qatarlar, eyni zamanda avtobuslar, kiçik və iri tutumlu nəqliyyat vasitələri sığortalana bilər. Burada yer sayına görə, sığorta haqqı ödənilir. Hava nəqliyyatında 14 manat, avtonəqliyyat vasitələrində 6, gəmilərdə 3, dəmir yollarında isə 5 manat təşkil edir və 1 illik nəzərdə tutulur. 1 il üçün hər bir sığorta hadisəsi maksimal olaraq 5000 manat sığorta kompensasiyası ilə əhatə olunur”.

Sərnişinlərin icbari fərdi qəza sığortası şəhərlərarası nəqliyyat vasitələrinə aid edilir. Respublika ərazisində, həmçinin xarici ölkələrə, yaxud xaricdən qanunla müəyyən edilmiş qaydada sərnişindaşıma xidmətləri həyata keçirilən zaman tətbiq olunur. “Ümumiyyətlə, sərnişindaşıma, hətta taksi fəaliyyəti ilə məşğul olan şirkətlər də icbari fərdi qəza sığortasından istifadə etməlidilər. Bu ona görədir ki, hər bir hadisə üzrə 5 min manatlıq sığorta kompensasiyası verilir. Az ağır, orta ağır, yüngül və ölüm halında müvafiq olaraq 750-1500 manat və ya 3000-5000 manatlıq sığorta kompensasiyası verilir. Əgər sərnişinlər qeyd etdiyimiz nəqliyyat vasitələrində xəsarət alsalar, onda bu növlər üzrə onların vərəsələri, ya da özləri birbaşa müraciət edib, sığorta kompensasiyası ala bilərlər”,- ekspert əlavə edib.

Bunlarla yanaşı respublikada şəhərlərarası və beynəlxalq sərnişindaşımalarla məşğul olan avtonəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün sərnişinlərin icbari fərdi qəza sığortası da tələb olunur.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Meşədə pusquya düşdük, bizə atəş açdılar”

Aynur Camal

“Dünyanın səkkizinci möcüzəsi”: Saharada süni çay

Aynur Camal

Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu