35 C
Baku
20 İyul 2025, 11:33
Baş xəbərKriminal

Sərxoş vəziyyətdə mağaza yandıran qohumlar saxlanıldı

Bugun.tv DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan istinadən xebər verir ki, ərzaq mağazasının gecə saatlarında yandırılması ilə bağlı polisə məlumat daxil olub. Hadisə Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində baş verib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Sabirabad kənd sakinləri Murad Əmiraslanov və yeniyetmə qohumu saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər gecə saatlarında spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə həmin mağazanın yerləşdiyi əraziyə gəliblər və benzin tökərək obyekti qəsdən yandırıblar. Nəticədə mağaza sahibinə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

BRİSD-nin prezidenti Bakıda, Azərbaycanda ŞƏT-in baş katibi ilə görüşdü

Bugün TV

AB-nin Rusiyanı qəzəbləndirəcək qərarı! Qaz alqı-satqısı dayandırılacaq

Aynur Camal

Qənirə Paşayeva vəfat etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu