22 C
Baku
12 Sentyabr 2025, 2:36
Digər

Səs dalğalarının insan bədəninə təsiri-VİDEO

Bədənimizin sağlam fəaliyyət göstərməsi üçün müxtəlif terapiya növləri var. Ruhumuzu dinləndirmək üçün qədimdən gələn metodlar bu gündə istifadə olunur.Bunlardan biri də qədim Misirə məxsus olan Səs terapiyasıdır. Səs dalğalarının insan orqanizminə təsiri haqqında ən yaxşısı sujetimizi izləyək.
Dünyada Soundhealing kimi taninan səs terapiyası Qədim Misirə məxsus təbabət növüdür. İnsanlar özlərini çox yorğun, ağır, depressiv hiss etdikdə narahatlıqlarını aradan qaldırmaq üçün səs dalğaları yayan alətlərlə səs terapiyasından faydalanıblar. Günümüzədək gəlib çatan bu metoddan ölkəmizdə də istifadə olunur.
Terapiya üzrə mütəxəssis Lamiyə İsmayılova Bugun.tv-yə açıqlamasında deyir ki, əslində bədənimizin ruhumuzun kainatla birgə olan bir titrəşimi var. Biz daima kainatdan bizə axan enerjini qəbul edir. Bədənimizi, ruhumuzu balansda hiss etməliyik. Bizim gündəlik rutinimiz, ağır iş rejimimiz, problemlərimiz şüuraltımızın travmaları bizi, bədənimizi, ruhumuzu bu titrəşimdən tamamilə ayırır”.
Tibet çaşaları vasitəsi ilə bədənin aurası və çakralarında olan ağırlıqlar, neqativlər bədəndən təmizlənir və bədənimizin tez bir zamanda toparlanmasına balanslı hala gəlməsinə kömək edir.
Diapazonlar isə bədənimizin xüsusi yerlərinə yerləşdirilir və burada olan ağırlıqlar, ağrılar, qəlb inciklikləri, bel ağrıları və həmçinin bədəndə olan balansın pozulmasını rahatlıqla aradan qaldırır. “Ən mükəmməl tərəfi odur ki, insanlar rahatlıqla bu seans vasitəsilə öz bədənlərini ruhlarını, həm dincəldir, həm saniyələr dəqiqələr içərisində beyinlərindəki xaos tamamilə susur. Bədən şəfalanır və qəlbinin səslərini dinləməyə başlayırsan”.
Enerji bərpasının bir seansı 50-60 dəqiqə olur ki, bunu ilk dəfədən də hiss etmək mümkündür.

Nigar Məmmədova

Oxşar xəbərlər

Elşən Gəncəvinin namizədliyinə növbəti dəstək – MÜSAHİBƏLƏR (FOTOLAR)

Aynur Camal

Tədqiqat: Vikinqlər təkcə istila ilə deyil, həm də ticarətlə məşğul oldular

İntizar Əmirova

Bu üsul qocalmanın qarşısını alır, üzdəki problemləri yox edir – ARAŞDIRMA

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu