17 C
Baku
10 İyun 2025, 9:32
Baş xəbərDünya

Səudiyyə Ərəbistanı İƏT-ə yeni bina hədiyyə etdi

İslam Əməkdaşlıq Təşkilatının Ciddədəki mənzil-qərargahı Səudiyyə Ərəbistanı rəhbərliyinin dəstəyi ilə inşa edilmiş yeni binaya köçüb.

Bugun.tv təşkilatın Baş Katibliyinə istinadla xəbər verir ki, bu münasibətlə İƏT-in Baş katibi Hissein Brahim Taha Kral Salman bin Əbdüləzizə və Krallığın vəliəhdi Məhəmməd bin Salmana təşəkkürünü bildirib. O qeyd edib ki, İslam dövlətləri liderlərinin 14-cü Zirvə görüşünə ev sahibliyi edən və təşkilatın keçirdiyi tədbirlərə dəstəyini əsirgəməyən Səudiyyə Ərəbistanı müsəlman aləminin aparıcı qüvvəsinə çevrilir.

Baş katib qeyd edib ki, yaxın günlərdə yeni binada bir sıra mühüm tədbirlər keçiriləcək və İslam ölkələrinin nümayəndə heyətləri ilə görüşlər olacaq.

Kəmalə Sultan

Oxşar xəbərlər

Kirayə haqqını ödəmək əvəzinə hər gün təyyarə ilə işə gedir

Aynur Camal

Tanınmış aktrisa diktator roluna çəkildi

Kəmalə Sultan

İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib-FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu