24 C
Baku
12 Sentyabr 2025, 0:26
Baş xəbərDünya

S.Lecornu: “Fransa Ukraynaya göndərəcəyi mərmilərin sayını iki qat artıracaq”

Bugun.tv xəbər verir ki, Fransanın müdafiə naziri Sebastian Lecornu Ukraynaya göndərəcəkləri 155 millimetrlik haubitsa mərmilərinin sayının iki dəfə artırılacağını deyib.

Lecornu, Fransanın “Le Figaro” qəzetinə verdiyi müsahibəsində ölkəsinin Ukraynaya hərbi maddi dəstəyi ilə bağlı açıqlamalar verib. O, Fransanın Ukraynaya əks-hücum üçün lazımi sahə ləvazimatlarını göndərəcəyinə də diqqət çəkib. Müdafiə naziri ölkəsinin bu ayın sonundan etibarən Ukraynaya göndərəcəyi 155 millimetrlik haubitsa mərmilərinin sayını ikiqat artıraraq ayda 2 minə çatdıracaqlarını bildirib.

“Paris administrasiyası söz verdiyi kimi, çox tezliklə SAMP-T hava hücumundan müdafiə sistemini də göndərəcəyik. Ukraynaya dəstək fondunun yenilənməsi üçün Fransanın baş naziri Elisabeth Borne ilə birgə çalışırıq və bu fonda artıq 200 milyon avro ayırmışıq”,- Lecornu əlavə edib.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

NASA Mars üçün yeni helikopter dizaynını təqdim etdi

Aynur Camal

“Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgənin açılışı baş tutdu!

İntizar Əmirova

İsrail bazara hücum etdi! 9 nəfərin öldüyü qətliam saniyə-saniyə qeydə alınıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu