14 C
Baku
11 Aprel 2026, 15:27
Siyasət

Əməkdar artist sülhməramlıları ermənipərəst mövqedə olmaqda qınadı.

“Sülhməramlı adı altında ermənipərəst mövqe tutanlara ar olsun!” Bu sözləri xanəndə, Əməkdar artist Sevinc Sarıyeva Bugun.tv-yə açıqlamasında bildirib. “Son günlər gündəmi zəbt edən məsələlər məni də, bir azərbaycanlı, bir qarabağlı olaraq məyus edir. Sülhməramlı adı altında ermənipərəst mövqe tutub, xalqımıza, millətimizə ögey münasibət bəslədiklərini görəndə, çox hiddətləndim. Ancaq mən öz həmvətənlərimin gücünü, birliyini, Prezidentimizin ətrafında birləşərək, 44 günlük müharibədə görən biri olaraq, deyə bilərəm ki, bu dəfə də xalq olaraq yenə bir olub, yumruq olub öz hüquqlarımızı tələb edəcəyik”.
S.Sarıyeva Xankəndi yolunda aksiyada iştirak edən hər kəsə Allahdan dözüm, səbr arzu edib. Şəhidlərimizə rəhmət diləyib. “Mən əminəm ki, bu məsələlər də, çox qısa zamanda öz həlli yolunu tapacaq. Çünki yolumuz haqq yoludur. Allah xalqımızı qorusun!”
**

Oxşar xəbərlər

Siyasi ekspert: Körfəz ölkələrinin iştirakı İranın cavab zərbələrini şərtləndirir

Aynur Camal

Siyasi ekspert: ABŞ–İran gərginliyi Vaşinqtonu çətin vəziyyətə salıb

Aynur Camal

Siyasi ekspert: İran-İsrail gərginliyi və SEPAH generallarının taleyi danışıqlara təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu