6 C
Baku
29 Yanvar 2026, 9:54
Digər

Saakaşvilinin müalicə aldığı klinika yerli Ədliyyə Nazirliyinə müraciət etdi

Bugun.tv xəbər verir ki, Tbilisidəki “Vivamed” klinikası Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə müddətinin uzadılması üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb.

“Bizim Saakaşvilini müalicə etmək istəmədiyimiz  iddia edilir. Klinikamız bu barədə böyük reputasiya zərbəsi alır. Bu qəti şəkildə qəbuledilməzdir. Tibbi etikaya görə, heç kim zorla müalicəyə cəlb oluna bilməz. Buna görə də Saakaşvilinin “Vivamed “klinikasında qalması üçün pentensiar müəssisənin tibb xidməti ilə əlaqə saxlamalıyıq”.

Klinikanın administrasiyasının məlumatına görə, ötən il mayın 12-də “Vivamed”ə köçürülən Saakaşvili tam spektrli müayinələrdən keçib. Müalicə planı müəyyən olunub. Lakin keçən ilin oktyabr ayından başlayaraq o, təklif olunan müalicəni rədd edir.  Xüsusilə də hansısa dərman və ya prosedur onun göstəricilərinə müsbət təsir göstərirsə, onu istəmir. Son bir ayda Saakaşvilinin tibb işçilərinə etimad göstərmədiyi bildirilib.

Məbə:TASS

Bugün TV

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu