20 C
Baku
27 İyun 2025, 7:12
Baş xəbərDünya

Sabah Brüssel Hava Limanına bütün uçuşlar ləğv ediləcək

Belçikanın Brüssel Hava Limanında işçilərin tətili səbəbindən sabah həyata keçirilməsi planlaşdırılan bütün uçuşlar ləğv edilib.

Brüssel Hava Limanı rəsmiləri təhlükəsizlik işçilərinin oktyabrın 1-i çərşənbə axşamı tətilə gedəcəyini və əməliyyatlarda ciddi fasilələrin gözlənildiyini açıqlayıb.

“Sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün aviaşirkətlər Brüssel Hava Limanı ilə məsləhətləşərək oktyabrın 1-də heç bir xarici reys həyata keçirməmək qərarına gəliblər”, – məlumatda deyilir.

Açıqlamada hava yolu şirkətlərinin zərər çəkmiş sərnişinlərlə əlaqə saxlayacağı, gediş-gəliş reysləri olan sərnişinlərdən oktyabrın 1-də hava limanına gəlməmələri istənilib.

Açıqlamada Brüsselə uçuşların edilə biləcəyi, lakin ləğvlərin də ola biləcəyi vurğulanıb və Brüssel Hava Limanına uçuşu olan bütün sərnişinlərə uçuşların vəziyyətini yoxlamaları tövsiyə edilib.

Brüssel hava limanındakı tətil səbəbiylə təxminən 50 min sərnişinin təsirlənəcəyi gözlənilir.

İşçilər iş yükünün artması və iş şəraitinin pisləşməsindən şikayətlənirlər.

Hava limanının infrastrukturunu, ictimai nəqliyyat variantlarını və istirahət yerlərini qeyri-adekvat hesab edən işçilər şəraitin yaxşılaşdırılmasını tələb edirlər.

Sentyabrın 12-13-də Belçikanın Şarlerua hava limanında baqaj, qeydiyyat, yanacaqdoldurma və təhlükəsizlik kimi xidmətlərdə çalışan işçilərin tətili səbəbindən bütün gələn və gedən reyslər ləğv edilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İllər sonra çəkilişlərə qayıdan Özgü Namal rolu üçün hicab geyindi

Kəmalə Sultan

Kuybışevski rayonunu atəşə tutuldu, bir nəfər öldü

Nigar Məmmədova

Qızmar istilər nəticəsində 46 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu