15 C
Baku
11 Oktyabr 2025, 3:15
Siyasət

Sabah Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşü öz işinə başlayacaq

“Azərbaycan Prezidentinin dəvəti əsasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək” – deyə politoloq Məhəmməd Əsədullazadə sosial media hesabında xəbəri şərh edib.

O qeyd edib ki, Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir. Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb. 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstəliyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir. Bu isə o deməkdir ki, Türk dünyası yeni qlobal gücə çevrilməkdədir.

Yeni dünya düzəninin formalaşması mərhəsləsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.

Mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töhvə verir. Bu Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geo-siyasi mövqeyini daha da gücləndirir.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynada universitet binasını hədəfə aldı

Aynur Camal

Rusiya Ukraynadan taxıl ixrac edir?

Bugün TV

“Azərbaycan-Çin əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu