13 C
Baku
2 Dekabr 2025, 19:52
Siyasət

Sabah Şuşa şəhəri günüdür

Şuşanın işğaldan azad olunması Azərbaycan tarixinə həmçinin Zəfər Günü kimi düşdü. Bu tarixi gün regionda yeni düzənin formalaşmasının başlanğıcı idi. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Qarabağı, Şuşanı işğaldan azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ərazi bütövlüyü və suverenliyimizin banisi Milli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və Şanlı Ordumuz oldu.

Şuşanın işğaldan azad olunması ilə yeni düzənə daxil olan Qafqazda artıq əməkdaşlıq mərhələsi formalaşmaqdadır. Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda sülh və stabilliyi dəstəkləyir. Azərbaycan ərazisindən keçməklə yük qatarının Ermənistana daxil olması məhz bu niyyəti bir daha təsdiq edir.

Hazırda işğaldan azad olunan ərazilərimizdə 60 minə yaxın vətəndaşımız yaşayır və işləyir. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı isə 16 mindən çoxdur. Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.

Azərbaycan dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına artıq 22 milyard manatdan çox vəsait ayrılıb. Bu il ən azı 4 milyard manat işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək. Gələn il isə işğaldan azad olunan ərazilərimizin bərpasına 3.5 milyard manatın ayrılması proqnozlaşdırılır. 2026-2029-cu illərdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Artıq işğaldan azad olunan ərazilərimizə sərmayə cəlbi də sürətlənməkdədir. Yalnız Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına 50 milyon manatdan artıq sərmayə cəlb edilib. Bu Qarabağda iqtisadiyyatın formalaşması və reintqerasiya mərhələsindən xəbər verir. Qarabağ iqtisadiyyatın əsas inkişaf drayverlərindən birinə çevrilməkdədir.

Milli Məclisin deputatı Vüqar Bayramov

Aynur Camal

Oxşar xəbərlər

NATO-nun Krıma istənilən müdaxiləsi III Dünya Müharibəsinə səbəb ola bilər

Bugün TV

Müdafiə Nazirliyinin məlumatı

Kəmalə Sultan

İranın İraqın Ərbil şəhərinə hücumu nəticəsində 4 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu