15 C
Baku
26 Oktyabr 2024, 8:35
Baş xəbər

Sabaha gözlənilən hava şəraiti

Hava haqqında

Bugun.tv xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11°, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman və Qərb küləyinin də güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-10°, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 3-6° isti olacaq.

Mənbə: Milli Hidrometeorologiya Xidməti

Aynur Camal

Oxşar xəbərlər

İtaliya sahillərində immiqrantları daşıyan 2 qayıq batdı

Bugün TV

Silahlı döyüş oldu: 1 yaralı

Bugün TV

Şəhidin plakatını söküb, yerinə marketin reklamını vurdular -VİDEO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu