19 C
Baku
8 Sentyabr 2024, 3:56
Baş xəbər

Sabiq MTN-çi dövlətdən nə istəyir? – “Toyota Camry”, “Lexus GX 460”…

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Füzuli Əliyev müsadirə olunan bahalı avtomobillərinin qaytarılmasını istəyir.

Bugun.tv “Qaynarinfo”ya istinadən xəbər verir ki, Füzuli Zülfüqar oğlu Əliyev nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu da cəlb olunmaqla, cavabdehlər – Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və müvafiq qurumlarla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı 10-AZ-603 dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı 90-AA-576 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsini istəyib. Sabiq MTN-in sabiq işçisi hər iki avtomobilin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin icra sənədinin icra edilməməsini tələb edib.

Füzuli Əliyev iddiasını onunla əsaslandırıb ki, sözügedən avtomobillər “ŞAH” MMC-nin adına sənədləşdirilib. Həmin maşınlar MMC-də 2006-cı ildən uğurlu kommersiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər hesabına alınıb.

Dövlət nümayəndəsi isə onun iddiasını rədd edib. Bildirilib ki, MMC 2006-07-ci illərdə onun tərəfindən təsis edilməsinə baxmayaraq, həmin şirkətin fəaliyyəti olmayıb. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmayıb. “Toyota Camry” markalı avtomobil onun tərəfindən 2013-cü ildə, “Lexus GX 460” isə 2014-cü ildə əldə edilib. Dövlət qeydiyyat nişanını almaq üçün həmin maşınlar MMC-nin adına sənədləşdirilib.

Məhkəmə iddiaçının əmlakının həbsdən azad edilməsi tələbinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Füzulu Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiyada Su-30 qırıcısı qəzaya uğradı: 2 nəfər öldü

Teymur Əziz

Hava şəraiti haqqında məlumat

Aynur Camal

Nazir Tunç Qəzza üçün hərəkətə keçməyə çağırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu