İyunun 27-də saat 12 radələrində Şabran rayonunun Zağlı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Mustafayev idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb.
Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Nəticədə sürücü hadisə yerində, sərnişini olan Abşeron rayon sakini Nazim İbrahimov xəstəxanaya yerləşdiriləndən sonra orada ölüb.
Faktla bağlı araşdırma aparılır.