Baş xəbərSosial

Sabunçu keçidi səhərlər niyə bağlanır?   

Sabunçu rayonundan şəhər istiqamətinə hərəkət edən vətəndaşlar Bugun.tv -yə müraciət ediblər.

Onların şikayəti səhər saatlarında, işə gedərkən yolda yaranan problemdir. Beləki, vətəndaş Gülnar Həsənovanın sözlərinə görə, hər gün eyni vaxtda Sabunçu keçidi adlanan hissədə yollar 30 dəqiqə bağlanır. Bu da nəqliyyatdan istifadə edənləri işə gecikdirir və haqlı narazılıq yaradır. Nə sürücülər, nə də sərnişinlər bunun səbəbini bilmirlər. Onlar problemin aradan qaldırılmasını istəyirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis idarəsi ilə əlaqə yaradıb, sözügedən yolun hansı səbəbdən bağlanması ilə maraqlandıq. Faktı təsdiqləyən baş inspektor Araz Əsgərli bildirdi ki, müəyyən vaxtlarda sıxlıqların, düyün nöqtəsinin yaranmasının əsas səbəbi bir istiqamətdə hərəkət edən avtobusların eyni anda dayanacağa yaxınlaşmasıdır. Bu zaman yolun hərəkət istiqaməti zəbt olunur. Bu da sözügedən gecikmələri orataya çıxardır”.

A.Əsgərli problemin aradan qaldırılması və yolun tənzimlənməsi məqsədi ilə əraziyə xidmət əməkdaşlarının təyin edildiyini bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu