Digər

Şadlıq saraylarında təhlükəsizlik qaydalarına necə əməl olunur?

Xalqımızın toy kimi bir adəti var. Bu adət gözəl olsa da, təəssüf ki, bəzən yaxşı sonluqla nəticələnmir.

Məsələn, zaman-zaman toyda davanın düşdüyünü, hətta iştirak edən qonaqlar arasında yaranan mübahisənin qanlı bitdiyi müşahidə olunur. Bəs, görəsən, bu kimi xoşagəlməz halların qarşınını almaq üçün hansısa tədbirlər görülməlidir?

Toy xoşbəxt ailənin təməlinin qoyulduğu gündür. Ancaq bəzi hallarda bu cür gözəl günlərdə neqativ hadisələr də baş verir. Qonaqlar arasında baş verən narazılıq mübahisə, hətta əlbəyaxa dava ilə də nəticələnir. Belə məqamda təhlükəsizlik mövzusu daha çox önə çıxır. Yəni toyda dava baş verdikdə onları ayıracaq, aranı sakitləşdirəcək təhlükəsizlik əməkdaşı olmur. Bəs bunun qarşısını almaq üçün hansısa tədbir görülürmü?

Şadlıq saraylarından birinin inzibatçısı Ərəstun Əliyev Bugun.tv-yə açıqlamasında deyir ki, onlar polis orqanları ilə əməkdaşlıq edirlər. Hər hansı xoşagəlməz hal baş verərsə, dərhal müdaxilə edirlər.

“Mühafizəmiz də var. Gələn qonaqlara birbaşa nəzarət olunur. Elə bir hal baş verəndə biz toy sahibinin özünə deyirik. Birinci ağsaqqala müraciət edirik ki, xoşagəlməz halın qarşsını alsın”,-deyə inzibatçı qeyd etdi.

Mübahisələr bir çox hallarda obyekt sahibinə maddi zərər də vura bilir. Belə olan halda, şadlıq sarayına dəyən ziyan toy sahibi tərəfindən qarşılanır. Digər inzibatçı Rəşad Abdullayevin sözlərinə görə, toya dava salan insanları şadlıq sarayının əməkdaşları çıxarır. “Daha ağır vəziyyət olanda, artıq polis çağırırıq. Ən çox dava düşür oynamaq üstündə, yəni musiqiçilərlə oynayanlar arasında bir də görürüsən musiqi üstündə özləri bir-biriləri ilə dalaşırlar”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Qeyri-Azərbaycan dilli tədris bölmələri üzrə məktəb seçiminə start verilir

Aynur Camal

Alim: “Lökbatanda palçıq vulkanı alovlanma ilə püskürüb”

Aynur Camal

Həkimlərin sertifikasiya imtahanı təxirə salındı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu