Sosial

Hansı gigiyena qaydalarını bilmək vacibdir?

Sağlam həyat üçün gigiyena çox əhəmiyyətlidir. Bu sağlamlıqla yanaşı,   gözəlliyin də qeydinə qalmağa yardımçı olur. Ağız və diş sağlamlığı üçün gigiyena qaydalarından biri də dişlərə qulluqdur. Hər kəs istəyər ki, bəyaz təbəssümə və inci kimi dişlərə sahib olsun. Diş sağlamlığını qorumaq üçün ilk süd dişlərinə necə qulluq edilməlidir ?

Dünya əhalisinin böyük qismi diş və diş əti xəstəliklərindən əziyyət çəkir. Onlara düzgün qulluq edilməsi sağlamlıq və gözəl görünüş üçün əsas şərtdir. Lakin bir çox insanlar adi qaydalardan belə xəbərsizdir. Ağız boşluğunda dişlərə quluq mütəmadi aparılmazsa, bakteriyaların sayı artaraq dişlərin səthinə yığışır. Turşu əmələ gətirən bakteriyaların artmasının əsas səbəbi, yeməkdən sonra fırçalardan istifadə olunmamasıdır.

Mövzu ilə bağlı stomatoloq Rafiq  İbrahimov Bugun.tv-yə açıqlamasında bildirir  ki, dişlərə qulluq uşağın 6 aylığından başlamalıdır. Bizim valideynlərimizin əksəriyyəti belə düşünür ki, süd dişlərində kariyes yaranırsa, onları müalicə etməyə ehtiyac yoxdur.Bu tamamilə yanlış bir fikirdir. Süd dişlərini daimi dişlərdə olduğu kimi kariyeslə zədələndiyi an mütləq müalicə etmək lazımdır. Süd dişlərinin əsas funksiyalarından biri də olur ki, onlar daimi dişlərin çıxmasını stimullaşdırır.Və hər bir süd dişinin çıxma vaxtı olduği kimi, onların itirilmə müddəti də var. Vaxtından öncə itirilən dişlərin yerində daimi dişlərin çıxması ləngiyə bilər.

Stomatoloq bildirir ki, diş sağlamlığında qidalanma da əsas rol oynayır. Şəkərli və karbohidratla zəngin qidalar, nə qədər çox qəbul olunsa, kariyesin əmələ gəlməsi daha tez baş verər. Sağlam dişlərə sahib olmaq üçün gün ərzində yeməkdən sonra onları fırçalamaq lazımdır.

Stomotoloq onu da qeyd etdi ki, kariyeslərin yaranma səbəbləri müxtəlifdir. Hətta bugünkü gün sırf kariyesin nədən əmələ gəlməsini demək çətin olar. Əsas faktorlardan biri gigiyenamızın  qeyri-qənaət bəxş olunmasıdır. Ümumiyyətlə, kariyeslər daimi dişlərdə olduğu kimi, süd dişlərini də zədələyir.Və bu proses süd dişləri əmələ gəldiyi andan belə başlaya bilər. Ona görə də bu biraz qeyri-adi səslənsə də, amma 6 ayından belə uşaqların dişləri çıxdığı andan biz körpələrimizin dişlərini fırçalamalıyıq.Və onlara böyüdükcə dişləri fırçalamağı öyrətməliyik.

Qida qalıqları daha çox dişlərin çeynəmə səthlərinin girintilərində olduğu üçün onu düzgün fırçalamalı, fırça seçimini də düzgün etməliyik. Bundan başqa hər kəsin ildə iki dəfə diş müayinəsindən keçməsi mütləqdir.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır”

Bugün TV

Riqa Texniki Universiteti tərəfindən 64-cü RTU Tələbə Elm və Texnologiya konfransı keçirilib

Aynur Camal

Covid-19-un yeni variantı “BA.2.86” Böyük Britaniyada da aşkar edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu