Həcmli və parlaq saçlara sahib olmaq hər kəsin arzusudur. Bunun üçün isə saçlara düzgün qulluq göstərmək lazımdır. Bir çox insan saçlarının tez yağlanmasından şikayət edir. Bəs görəsən bu problemi necə aradan qaldırmaq olar?
Saç dərisinin altında mövcud olan yağ kisəcikləri yeniyetmə dövründə daha da aktivləşir. Bu kisəciklər hər gün müəyyən miqdarda sebum adlanan turşu ifraz edir. Təbii qoruyucu olan sebum dərinin müdafiə funksiyasını daha da güclənir, onu nəmləndirərək bakteriya və mikroblardan qoruyur. Lakin təkcə sebum deyil, immun sisteminin zəif olması və vitamin çatışmazlığı da saçların tez tez yağlanmasına səbəb olan amillərdəndir. Araşdırmalar göstərir ki, bu problemdən daha çox kişilər əziyyət çəkir.
Mövzu ilə bağlı trixoloq Cəmilə Əsgərova Bugun.tv-yə açıqlamasında bildirdi ki, ondrogen hormonlarla bağlı olaraq saçların tez yağlanması kişilərdə daha çox özünü biruzə verir. Hormonal disk balansı, qida yetməzliyi, immun sistemin zəif olması və bir sıra xəstəliklər buna səbəb ola bilər.
Müsahibimiz bildirir ki, vaxtında müdaxilə edildikdə bu problemi asanlıqla aradan qaldırmaq mümkündür. Əks təqdirdə, bir sıra xoşagəlməz halllarla qarşıla bilərik.
Qeyd etməliyik ki, mütəxəssislər saçları tez-tez yumağı tövsiyyə etmirlər. Çünki bu zaman saç dərisi quruyur və saçlar daha tez yağlanmağa başlayır. Həmçinin, şampun seçimində də diqqətli olmalıyıq. Yağlılığa qarşı, tərkibində nəmləndirici az olan şampunlardan istifadə etməliyi ki, baş dərisi qıcıqlanmasın. Eyni zamanda bu şampunlar dərini təmizləyir və balanslaşdırır.
Mövzu ilə bağlı saç ustası Cavid Axundzadənin fikrini öyrəndik. Müsahibimiz qeyd edir ki, xanımlar çox zaman bu problemi aradan qaldırmaq üçün saç üçün nəzərdə tutulan maska və yağlardan istifadə edirlər ki, bu da fayda vermək yerinə, saçdakı yağlılığı daha da artırır. Bu səbəbdən yağlı saçlar üçün yalnız rəngsiz xınadan istifadə etmək məsləhətlidir. Bu xına yağlılığı aradan qaldırır, saçları daha həcmli və parlaq edir.