10 C
Baku
22 Dekabr 2024, 22:18
Baş xəbər

Sağlamlıq imkanları məhdud uşaqlara ümid verən layihə işıq üzü gördü

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi bu dəfə də Yardımlı rayonu üzrə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsini həyata keçirir.

Bugun.tv xəbər verir ki, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi tərəfindən Sosial Xidmət Agentliyi ilə uzun müddətdir əməkdaşlıq edir.

Qeyd edilib ki, sözügedən rayonda SXA tərəfindən maliyyələşdirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ layihəsini çətin relyef şəraitində həyata keçirir. Layihədə 100 nəfər 03-18 yaş arası ƏOU-r Sosial Reabilitasiya Mərkəzinə cəlb edilib və hər bir uşaq üçün fərdi qayğı planı hazırlanıb.

Fəaliyyətlər aşağıdakı sahələri əhatə edib.

– Ailələrlə müqavilənin bağlanması

– Uşaqların qiymətləndirilməsi;

– Uşaqlarl bağlı anketlərin doldurulması;

– Psixologi testlərin aparılması;

– Ünvanı müəyyənləşdirilmiş ailələrin qiymətləndirilməsinin həyata keçirilməsi;

– Ailələrə konsultasiya üçün Ailəyə Dəstək otağı və ya mərkəzinin təşkil edilməsi;

– Reabilitasiya əsaslı sosial xidmətlər və digər reabilitasiya müəssisələri arasında göndəriş strukturunun həyata keçirilməsi;

– Bu kimi preventiv müdaxilə hallarına davamlı nəzarətin təşkili;

– Praktiki İş– alternativ qayğı xidmətləri ƏBƏU.İB-nin -işçi heyəti;

– Sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkilində sağlamlıq imkanları məhdud uşaqlar üçün alternativ qayğı xidmətlərinin təminatçısı olması haqda yerli məlumatlandırma (ailələrin) kampaniyasının həyata keçirilmişdir.

– Uşaqların, valideynlərin, işçi heyətinin iştirak etdiyi tədbirlər davamlı təşkil olunur.

– Alternativ qayğı xidmətlərindən istifadə edən bütün uşaqlar üçün fərdi uşaq inkişafı planının hazırlanması davamlı təşkil edilir.

  Sosial Reabilitasiya Mərkəzində görüşlərin təşkili ƏOŞ-ın cəmiyyətə inteqirasiyasına dəstək olur. Əlilliyi olan uşaqlarla davranış qaydaları, evdə valideyinlərin bu uşaqlarla ünsiyyət qurmaları, onlarla həssas davranılma istiqamətləri kimi sahələri əhatə edir. Layihə rəhbəri Firuzə Babayeva tərəfindən davranışlarında müəyəyən problemləri olan uşaqların inkişafının nəticələri müşahidə edilməsi üçün valideyinləri əlavə olaraq konsultasiyalara cəlb edir. Həmin konsultasiyalarda dövlət qurumlarının nümayəndələri də iştirak edir. Layihəyə cəlb olunan uşaqların valideyinləri maarifləndirici məlumatlarla təmin edilrlər. Sosial Reabilitasiya Mərkəzinə rayon Bələdiyyəsi və yerli İcra Hakimiyyəti, mərkəzə gələn valideyinlər tərəfindən uşaqlar yönləndirilib. Bütün bu irəliləyişlər əsasən layihədə pasientlərə, ailələrin maraqlarına dəstək məqsədi ilə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin (ƏBƏU,İB) layihə əməkdaşları, fəallar tərəfindən təşkil edilir.

Sosial işçi və psixoloq tərəfindən ailələrə səfərlər davamlı təşkil edili. Həmin ailələrdə olan uşaqların ailə vəziyyəti ilə bağlı proqram hazırlanmış, əlaqəli qrumlara təqdim edilir.

Ümumilikdə cəlb olunan uşaqlarda inkişafına daha çox nail olundu. Ünsüyyət, davranış, hərəkətlərdə sakitlik, qavrama, zehni inkişaf kimi nəticələr hər bir cəlb olinan uşaqlarda müşahidə olunur.

Mənbə: “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi (ƏBƏU,İB).

Bugün TV

Oxşar xəbərlər

Moskvada sülh sazişi müzakirə olundu

Aynur Camal

Qatı duman Tbilisi aeroportunda ciddi problemlər yaratdı

İntizar Əmirova

Margot Robbie “Barbie 2” filminə maraq göstərmədi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu