6 C
Baku
25 Fevral 2026, 1:08
Mədəniyyət

“Şah Abbas Namə” tamaşasının premyerası keçirildi

Bugun.tv xəbər verir ki, tanınmış şair, yazıçı, kinodramaturq İlqar Fəhminin “Şahnamə” əsəri əsasında “Şah Abbas Namə” tamaşasının premyerası artıq baş tutdu.

Tamaşa haqqında saytımıza məlumat verən bədii qiraət ustası, aparıcı, klipmeyker, fotoqraf, həmçinin həvəskar şair,  həvəskar musiqiçi, hərbi mütəxəssis və Vətən müharibəsi veteranı Cəbrayıl Qənbər bildirib ki, İlqar Fəhminin bu yeni tamaşası ilk dəfə tamaşaçıları ilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında görüşdü.

O həmçinin qeyd edib ki, “Şah Abbas Namə” tamaşası Gənc Tamaşaçıların əməkdar artisti Nicat Kazımovun quruluşunda səhnəyə qoyulub.

Baş rolda Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qurban İsmayılov çıxış edib.

Aynur Camal

Oxşar xəbərlər

“Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatdı

Aynur Camal

“Əlində gündəlik əşyalarla gəzmək” runway trendi

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu