30 C
Baku
1 İyul 2025, 21:27
Siyasət

Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi

Parlamentin sədri Sahibə Qafarova bu gün 12 məsələnin müzakirə ediləcəyini bildirib. O, birinci məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı olduğunu söyləyib. Spiker bu məsələ ilə əlaqədar olaraq plenar iclasda Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimovun və daxili işlər nazirinin müavini Fazil Quliyevin iştirak etdiyini deyib.

Sonra daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib.

Seyfulla Əzimov bildirib ki, 2024-ci il ölkəmizin bir sıra dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə insan alverinə qarşı mübarizə sahəsində tədbirlər, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi davam etdirilib. Müvafiq tədbirlər çərçivəsində “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, “2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”, dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihələri üzərində işlər tamamlanaraq, aidiyyəti üzrə təqdim olunub.

Mənbə: İnstagram.Com

Aynur Camal

Oxşar xəbərlər

“Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə çalışır”

Nigar Məmmədova

Azərbaycan ilə Türkiyə orduları arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq müzakirə olunub

Bugün TV

C.Məmmədov: “İran planlarını həyata keçirmək üçün din amilindən istifadə edir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu