17 C
Baku
10 İyun 2025, 9:34
Dünya

Şahmatçıdan çirkin hərəkət: Rəqibini zəhərləməyə çalışıb

Rusiyalı şahmatçı Əminə Abakarova rəqibini oyun taxtasına civə tökərək zəhərlədiyinə görə müvəqqəti qadağa alıb. Rusiya Şahmat Federasiyasından verilən açıqlamada Mahaçqalada keçirilən turnirdə rəqibini zəhərləməyə cəhd edən Abakarovanın müvəqqəti olaraq milli yarışlardan kənarlaşdırıldığı açıqlanıb. Bildirilib ki, məhkəmə prosesi yekunlaşdıqdan sonra Abakarova ömürlük həbs oluna bilər.

Hadisə ilə bağlı Rusiya mətbuatında yer alan xəbərlərə görə, turnir başlayandan sonra Abakarovanın rəqibi Umayqanat Osmanovanın vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilib. Daha sonra səlahiyyətlilər kamera görüntülərini araşdırıb və müəyyən ediblər ki, Abakarova rəqibini zəhərləmək üçün oyun taxtasının üzərinə civə töküb.

Osmanovanın onu və yaxınlarını xoşagəlməz sözlər deyərək narahat etdiyini əsas gətirən Abakarova vəziyyətin şahmat və ya turnirlə heç bir əlaqəsi olmadığını iddia edərək, bu hərəkətini “şəxsi düşmənçiliklə bağlı impulsiv qərar” kimi izah edib.

Bundan əlavə, saxlanılan Abakarovanın sağlamlığına zərər vurduğuna görə həbs cəzası tələbi ilə məhkəmə işi qaldırılıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Almaniya Türkiyə və Suriyaya 3 aylıq viza verəcək

Aynur Camal

Bir tərəfdə yanğın, bir tərəfdə qar fırtınası: Can itkisi artır

Aynur Camal

Hansı diş problemləri orqanizmdəki problemlərdən xəbər verir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu