29 C
Baku
28 İyun 2025, 20:37
Dünya

Şahzadə Salman qonağı Donald Trampı qolf arabasında şam yeməyinə apardı

Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanında danışıqlar aparan ABŞ prezidenti Donald Tramp ev sahibi Şahzadə Salmanın sürdüyü qolf arabası ilə şam yeməyinə gedib.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq turU başlayıb.

Trampın ilk ünvanı Səudiyyə Ərəbistanı olub.

ABŞ prezidenti Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunda iştirak edib.

Yerli rituallarla qarşılanan Tramp forumda iştirakçılara müraciət edib.

Trampın Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı göstəriş verəcəyini açıqlayan sözləri bölgədə, xüsusən də suriyalıların sevincinə səbəb olub.

Ər-Riyad səfəri zamanı tarixi saziş də imzalanıb.

TARİXİ SİLAHLAR MÜQAVİLƏSİ

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Tramp və onları müşayiət edən nümayəndə heyətləri Yamame sarayındakı Kral Şurasında görüşüblər.

Danışıqlar ABŞ və Səudiyyə Ərəbistanı arasında 142 milyard dollar dəyərində “tarixin ən böyük silah satışı müqaviləsi”nin imzalanması ilə yekunlaşıb.

Məhəmməd bin Salman ABŞ-la 300 milyard dolları keçən müqavilələr imzaladıqlarını bildirib. Tramp həmçinin Salmanla nahar edib.

Həmin anlar şahzadə Salmanın idarə etdiyi qolf arabasında şam yeməyinə gedərkən kameralara düşüb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın 120 illik yubileyinə həsr edilmiş konfrans keçirilib – FOTOLAR

Aynur Camal

Britaniya kral ailəsinin internet saytı kiberhücuma məruz qaldı

Elnarə Dərziyeva

ABŞ mətbuatından şok iddia: Rusiya Husilərə peyk məlumatları təqdim edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu