Şahzadə Uilyam verdiyi müsahibədə atasının dövrünün başa çatdığını bildirərək, kral olduqdan sonra monarxiyada “qeyri-radikal, lakin zəruri” dəyişikliklər edəcəyini söyləyib.
Anasının ölümündən sonra taxta çıxan kral Çarlz uzun müddətdir ki, xərçənglə mübarizə aparır.
Kral Çarlzın xəstəliyi Britaniya dairələrində taxt-tacın şahzadə Uilyam üçün əlçatan olduğu barədə fərziyyələrə səbəb olub. Şahzadə Uilyam isə taxt-taca oturduqdan sonra bir sıra dəyişikliklər etməyə hazırlaşır.
“MONARXİYADA DƏYİŞİKLİK EDƏCƏM”
Britaniya taxtının varisi, Uels şahzadəsi Uilyam kral olduqdan sonra monarxiyada dəyişikliklər edəcəyini söylədi və saray mənbələri bunun Şahzadə Uilyamın indiyədək ən açıq müsahibəsi olduğunu bildirdi.
Şahzadə Uilyam “The Reluctant Traveller” proqramı üçün Vindzorda aktyor Eugene Levy ilə danışıb.
Söhbət zamanı aktyor şahzadə Uilyamdan gələcək kral rolu ilə bağlı sual verib.
Şahzadə cavab verdi: “Mən əminliklə deyə bilərəm ki, dəyişiklik mənim gündəmdədir” və davam edib: “mən bu dəyişiklikdən qorxmuram”
“Bu, yaxşılığa doğru dəyişiklikdir. Mən onu qəbul edirəm, bundan həzz alıram. Bundan qorxmuram; məni həyəcanlandıran da budur: kiçik də olsa dəyişiklik yaratmaq ideyası. Həddindən artıq radikal deyil, amma zəruri hesab etdiyim dəyişikliklər”.
Mənbə: EnSonHaber