Sosial

Sakinlər həyətlərinin işıqlandırılmamasından narazıdırlar

N.Nərimanov rayonu Ə.Əliyev küçəsi 51/59 ünvanından Bugun.tv-yə şikayət daxil olub. Sakinlər həyətlərinin qaranlıq olmasından narazılıq edirlər. Bu səbəbdən də tez-tez oğurluq hadisəsinin baş verdiyini deyirlər.
Şikayətçilər dəfələrlə əlaqədar qurumlara müraciət ediblər. Ancaq nəticəsi olmayıb.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətin rəhbəri Vaqif Aydınoğlu ilə əlaqə saxladıq. O, bildirdi ki, məhəllədaxili həyətlərin işıqlandırılması yerli icra orqanlarının səlahiyyətindədir.
Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinə zəng edib, Ə.Əliyev küçəsindəki vəziyyəti diqqətə çatdırdıq. Qurumdan bildirdilər ki, məsələ nəzarətə götürülüb. Qısa zamanda problem həll olunacaq. Elə sakinlərin də istəyi budur.
Bugun.tv olaraq, məsələni nəzarətdə saxlayacağıq.

Bugün TV

Oxşar xəbərlər

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

QHT nümayəndələri “Loqos” rezidensiyasında və Qənirə Paşayevanın ev muzeyində oldular

Aynur Camal

Evi mənfi enerjidən təmizləməyin sadə üsulları açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu