15 C
Baku
11 Oktyabr 2025, 1:28
Dünya

Sakit okeanda Super Tayfun Raqasa xəbərdarlığı

Sakit okeanda yaranmış ilin ilk “super tayfunu” olan Raqasa yolu boyunca Filippin, Tayvan, Honq-Konq, Makao və materik Çin üçün fırtına və fövqəladə xəbərdarlıqlar edilib.

Tayvana təsir edən “Super tayfun Raqasa”nın yaratdığı daşqınlar 14 nəfərin ölümü ilə nəticələnib.

Adanın şərqindəki Hualien əyalətinin Qanfu şəhərində güclü yağışlar nəticəsində Matay’an maneə su anbarı daşaraq yaşayış sahələrini su basıb.

Yerli fəlakətlərə cavab verən qurumlar 14 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını və 30 nəfərin itkin düşdüyünü bildirib.

Yaşayış məntəqələrində sel suları evlərin birinci mərtəbələrinə qalxıb, küçələr palçıq və lil içində qalıb.

Qəsəbənin qatar stansiyası dağıdılıb, Mataian axını üzərindəki avtomobil yolu körpüsü uçub.

Təbii fəlakətdən xilasetmə qrupları Qanfu, Fenglin və Vanronq şəhərlərindən 3000-dən çox sakini təxliyə edib.

Honq Konq

“Super tayfunu Raqasa” gecə ərzində Çinin cənub sahillərinə 100 kilometr yaxınlaşaraq Honq-Konq Xüsusi İnzibati Bölgəsində və Quanqdonq əyalətində ən yüksək həyəcan səviyyəsinə səbəb olub.

Honq Konq Rəsədxanası bildirib ki, qasırğanın şəhərin yaxınlığından keçəcəyi gözlənilir və fırtına xəbərdarlığını ən yüksək səviyyə olan 10-cu səviyyəyə qaldırıb.

Şəhərdəki bütün uşaq bağçaları, ibtidai və orta məktəblər bağlanıb, 600-ə yaxın reys ləğv edilib və bəzi qatarların hərəkəti dayandırılıb.

Çinin materikindəki Guangdong əyaləti də dörd mərhələli tayfun xəbərdarlığı sistemində ən yüksək səviyyə olan 1-ci səviyyəli xəbərdarlıq elan edib.

Çin Meteorologiya Xidməti super tayfunun əyalətə təsir edəcəyini, güclü külək, yağış və yüksək dalğaların sabah axşama qədər davam edəcəyini bildirib.

Əyalətdə daşqın təhlükəsi olan ərazilərdə yaşayan 371 mindən çox insan təxliyə edilib, vertolyotlar, pilotsuz təyyarələr, 23 gəmi və 38 min fəlakətə yardım işçisi reaksiya vermək üçün hazır vəziyyətdədir.

10 şəhərdə məktəblər, iş yerləri, supermarketlər və ictimai nəqliyyat sistemləri bağlanıb.

Sakit Okeanda meydana gələn ilin ilk “super tayfunu” olan Raqasa yolu boyunca Filippin, Tayvan, Honq-Konq, Makao və materik Çin üçün fırtına və fövqəladə xəbərdarlıqlar edilib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Bir neçə dəqiqə ərzində infarkt diaqnozunu qoya bilən qan testi hazırlanıb

Aynur Camal

Sərnişin avtobusu çaya düşdü: 1 nəfər öldü

Aynur Camal

“Dünyada ekoloji və sosial uğursuzluqları vurğulamalıyıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu