Digər

Saldo: “Ukrayna hərbçilərinin genişmiqyaslı hücum üçün kifayət qədər resursu yoxdur”

“Hücum üçün konkret hazırlıq yoxdur, şayiələri dezinformasiya kimi yayırlar. İnsanlar arasında çaxnaşma salmaq və hərbçilərimizi aldatmaq məqsədi güdürlər. Amma eyni zamanda, düşmənin müəyyən xüsusi təyinatlılarını da yeritdiyinin şahidi olduq. Nəqliyyat vasitələri və bölmələr sağ sahilə doğru irəliləyir. Biz də görürük ki, şimaldan gələn qüvvələrin sürətlə yerdəyişməsi üçün istifadə oluna biləcək yollar təmir olunur. Əgər düşmən Dneprdən keçmək üçün xəyali deyil, həqiqi hazırlığa başlasa, hərbçilərimiz əvvəldən xəbər tutacaqlar, buna tam hazırdırlar. Onlar sarsıdıcı cavab verəcəklər; yeni istehkam xəttini işə salmağa belə ehtiyac qalmayacaq”.

Bugun.tv xəbər verir ki, bunu Xerson vilayətinin “qubernator”u Vladimir Saldo özünün Telegram kanalında bildirib.

Bugün TV

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu