36 C
Baku
20 İyul 2025, 15:11
Baş xəbərHadisəKriminal

Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanıldı 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına məlumat daxil olub. Məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri, əvvəllər də məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi “AzSamand” avtomobildə saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb.

Fakt bağlı araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi oldu

Bugün TV

Dünyanın ilk ekoloji təmiz sərnişin qatarı istifadəyə verilib- VİDEO

Aynur Camal

Pentaqon: “Vaqner əslində bitdi”

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu