18 C
Baku
23 Oktyabr 2025, 7:03
Baş xəbərKriminal

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Axtarış nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugün.tv – yə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Natiq Əliyev saxlanılıb. Onun əvvəllər də narkotiklərə görə məhkum oluduğu müəyyən olunub. Üzərinə keçirilən baxış zamanı külli miqdarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

DTSERA – “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazandı

Aynur Camal

Jurnalist əlaqədar qurumlara çağırış etdi

Aynur Camal

Neft Daşlarında dalğanın hündürlüyü 2 metrə çatıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu