27 C
Baku
29 İyun 2025, 12:43
Baş xəbərHadisə

Saman kisələrində 66 kilo 684 qram narkotik vasitə aşkar edildi

Bugun.tv xəbər verir ki, Adanada tətbiq nöqtəsində axtarış edildiyində, yük maşınında saman kisələrində 66 kilo 684 qram marixuana ələ keçirildi və 3 şübhəlidən 2-si həbs olundu. İl Təhlükəsizlik Müdirliyi Narkotik Suçlarla Mübarizə Şöbə Müdirliyi qrupları, təqib etdikləri bir yük maşınıda narkotik maddə olduğunu təsbit etdi.

TRT Haber-in məlumatına görə, qruplar, Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunun mərkəzi Sarıçam rayonundakı İncirlik tətbiq məntəqəsində yük maşını dayandıraraq “Tinga” adlı narkotik detektoru iti ilə axtarış aparıblar. İtin reaksiya verməsindən sonra qruplar vasitədə ətraflı araşdırma apardı. Hadisə yerinə gələn qruplar avtomobilin baqajındakı samanla dolu kisələri dəmir çubuqlarla yoxlayıb və 56 bağlamada ümumilikdə 66 kilo 684 qram marixuana ələ keçirib. Bunun üzərinə hadisə ilə əlaqəsi olduğu iddia edilən sürücü Mehmet K., Şeyhmus S. və Bayram K. nəzarətə götürülüb. Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəlilərdən Mehmet K. və Şeyhmus S. növbətçi hakim tərəfindən həbs edilib, Bayram K. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Yunanıstana qaçmağa cəhd edən 5 FETÖ-çü yaxalandı

Aynur Camal

Qaiser Nawab COP29-da Çin Pavilyonunun Bağlanış Mərasimindən danışdı

Aynur Camal

Almaniya Ukraynaya “Leopard” tankları və zirehli maşınlar üçün sursat göndərdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu