12 C
Baku
17 Fevral 2026, 5:26
Baş xəbər

Şamaxıda Hava Şarları Festivalı keçirilir VİDEO

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.

Bugun.tv  xəbər verir ki, bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

Hava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı var.

Saat 16:00-dan isə festivalın bədii proqramı start götürüb. “iTicket.az” saytı vasitəsilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcəklər. Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən yemək zonalarına qatılmaq olar.

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Rəsmi olaraq Azərbaycan və Serbiya strateji tərəfdaşlıq şurası yaradıldı

Aynur Camal

AzTV-nin 70 illiyi qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu