16 C
Baku
28 Oktyabr 2025, 0:03
Digər

Şamil Ənvəroğlunun yeni kitablarının təqdimatı keçirilib

Bugun.tv xəbər verir ki, Bakı Gənclər Mərkəzində, Ahəng Psixoloji Dəstək və İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə Yazıçı-publisist Şamil Ənvəroğlunun Qərbi Azərbaycandan deportasiyaya, Qarabağ müharibəsinə və müqəddəs şəhid ruhlarına həsr edilən “Yaşanmayan ömürlər” romanı və “Məni sevsən, elə sev ki…” şeirlər kitabının təqdimatı keçirilib.Tədbirin aparıcısı, Ahəng Psixoloji Dəstək və İnkişaf İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova qonaqları salamladıqdan sonra  Dövlət Himninin səsləndirildi. Aparıcı sonra Şamil Ənvəroğlu və onun yeni kitabları haqqında qısa məlumat verərək romanın tanıtımı ilə bağlı videoçarxı təqdim etdi. Videoçarx bitən kimi səhnəyə dəvət olunan müəllif Şamil Ənvəroğlu öncə qonaqları salamladı, sonra isə “Yaşanmayan ömürlər” romanının mövzu və məqsədi haqqında qısa məlumat verdi. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra Şamil Ənvəroğlu özü haqqında və əsərlərinin ana xətti haqqında qonaqlara geniş məlumat verərək tarixi gerçəklərin ədəbi əsərlər vasitəsilə gələcək nəsillərə çatdılmasının vacibliyindən, o cümlədən, Qərbi Azərbaycandan deportasiya haqqında, Qarabağ müharibəsi və ölməz şəhidlərimiz barədə danışdı.Aparıcı Vüsalə Əmiraslanova Şamil Ənvəroğlunun romanının  təhlili ilə bağlı Azərbaycan ədəbiyyatının tanınmış ədəbi tənqidçisi, istedadlı ədəbiyyatşünas və dəyərli jurnalist Əsəd Cahangiri çıxış üçün səhnəyə dəvət etdi. Əsəd Cahangir əsəri yüksək dəyərləndirdi və yazıçıya yeni uğurlar arzuladı. Daha sonra çıxış edən siyasi elmlər doktoru, professor, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, tarix üzrə fəlsəfə doktoru, millət vəkili Pərvin Kərimzadə, Azərbaycanın ictimai-siyasi xadimi, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva çıxış edərək əsərin çox aktual bir mövzuya toxunduğunu qeyd edib müəllifə uğurlar arzuladılar. YAP-ın Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev romanı oxuyub gənclərlə bərabər təhlil etdiklərini və çox bəyəndiklərini qeyd edərək əsərdən sitatlar gətirdi.Şamil Ənvəroğlunun 120 – dən çox şeirini səsləndirən tanınmış qiraətçi və aktyor Kamran Yunis, Əməkdar artist, tanınmış kino və teatr aktrisası, Prezident mükafatçısı Gülər Nəbiyeva müəllifin şeirlərindən səsləndirib tədbir iştirakçılarına əsl şeir ziyafəti bəxş etdilər.

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Ədalət Dəlidağlı Şamil Ənvəroğlunun şeirlərindən oxudu. Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, tanınmış şair Əkbər Qoşalı yazıçıya uğurlar arzulayaraq tezliklə belə tədbirlərin Ulu Göyçədə keçiriləcəyinə olan inamı dilə gətirdi. 2021-ci ildə Əlişir Nəvainin “Nəvainin nəvaları” adlı Qiraət yarışmasında 36 ölkə qiraətçiləri arasından seçilib birincilik qazanan Müşfiqə Baləddinqızı və şair-qiraətçi Elman Baxşı səhnədə təsirli bir kompozisiya ilə çıxış etdilər.

Tədbirə dəvət olunmuş çoxsaylı Şəhid anaları adından Mehriban ana çıxış edərək çox həssas mövzuya toxunduğuna və şəhidlərimiz haqqında roman yazdığına görə müəllifə öz təşəkkürünü bildirib yeni-yeni uğurlar arzuladı. İstedadlı gənc rəssam Nicat Muxtarlı elə səhnədə çox qısa vaxt ərzində Şamil Ənvəroğlunun rəsmini çəkdi və qonaqların çox maraqla qarşıladığı bu əsəri yazıçıya hədiyyə elədi.

Göyçə mahalı, Basarkeçər rayonu, Aşağı Şorca kəndi “Xeyriyyə qrupu” adından iş adamı Saday Hümbətov gənc yazıçıya ən xoş arzularını bildirib, kəndlərindən belə bir istedadlı gəncin çıxdığını fəxrlə dilə gətirdi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Şamil Ənvəroğlunun şeirlərini ingilis dilinə çevirib dünya ədəbiyyat dərgilərinə göndərən tanınmış tərçüməçimiz Məsmə İsmayılova müəllifin əsərlərinin xarici mətbuat orqanlarında böyük maraqla qarşılandığını qeyd edib, hər zaman ona dəstək olacağını bildirdi.Texnika üzrə fəlsəfə doktoru, neftçi, qiraətçi Əliabbas Hacıyev Şamil Ənvəroğlunun şeirlərindən səsləndirdi. Yazıçı Almaz Ərgünəş Bəyazid, gənc şairə Aysel Xanlarqızı, Vedibasarlı yazıçı Elman Fərmanoğlu çıxış edərək müəllifə uğurlar arzuladılar. Bəstəkar Yaqut Almaz isə Şamil Ənvəroğlunun şeirinə bəstələdiyi mahnılarından birini oxudu.

Xaricdə yaşayan dostların video təbriki və Hollandiyadan birbaşa tədbir üçün gələn bədii qiraətçimiz Elvira Həmidlinin möhtəşəm teatral çıxışı, Türkiyədən qonaq gələn yazıçı, filosof Orhan Çinarın yazıçı ilə bağlı düşüncələri böyük alqışlarla qarşılandı. Balaca məktəblilərin – Hüseyn və Fərman balanın Şəhidlər haqqında söylədikləri şeirlər tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Bədii qiraətçilər Xəyalə Muxtarqızı və Əlizamin Abdullayev öz qiraətləri ilə tədbir iştirakçılarına əsl bir poeziya gecəsi yaşatdılar.Tədbirin sonunda Şamil Ənvəroğlu tədbirə gəldiklərinə görə qonaqların hər birinə bir daha öz dərin təşəkkürünü bildirib kitabları imzaladı.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Camış atışması: Nyu York ştatında supermarketə hücum nəticəsində on nəfər ölüb

Aynur Camal

İsmayıllıda “20 Yanvar” faciəsinin 33-cü ildönümü yad edilib

Nigar Məmmədova

60 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu