Bugun.tv xəbər verir ki, Samsung korporasiyası elektromobillər üçün yeni akkumulyator növü buraxmağı planlaşdırıb. Bu barədə “The Register” məlumat yayıb.
Dartma akkumulyatorlarının hazırlanması və istehsalı SDI bölməsi tərəfindən həyata keçiriləcək. Şirkət 2027-ci ilə qədər bərk cisimli akkumulyatorların istehsalına başlayacaq. Bildirilir ki, akkumulyatorların hər litr üçün 900 vatt-saat enerji sıxlığı olacaq. Bu da onları elektromobillərdə istifadə etməyə imkan verəcək.
SDI qeyd edib ki, bərk hallı akkumulyatorlar adi litium-ion batareyalardan daha etibarlı və təhlükəsizdir. Xüsusilə, onlar daha uzun müddət enerji qənaətində qalırlar və kiçik zədələnmə halında alov almırlar. Samsung bölməsi doqquz dəqiqə ərzində 80 faiz enerji doldura bilən və təxminən 20 il xidmət müddəti olan akkumulyator hazırlamağı planlaşdırıb.
Korporasiyanın nümayəndələri dartma batareyalarının təfərrüatlı xüsusiyyətlərini açıqlamayıblar. Şirkət yalnız elektromobil istehsalçılarının tələbindən asılı olaraq istehsalı artıracaqlarını qeyd edib.
Bundan əvvəl ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib ki, Çin öz elektrik avtomobilləri ilə Amerika bazarını doldura bilər. Vaşinqton Çini öz sənayesi üçün təhlükə kimi qəbul edib. Çünki Amerikanın avtomobil ixracı azalıb.
Mənbə lenta.ru