21 C
Baku
27 İyun 2025, 23:37
Baş xəbərDünya

Samsung elan etdi: S Pendən imtina etmək fikrimiz yoxdur

Samsung-un Böyük Britaniya MX Məhsul və Marketinq üzrə vitse-prezidenti Annika Bizon izah etdi ki, S Pen şirkətin portfelinin çox vacib hissəsidir və gələcəkdə də belə qalacaq. Bu ilin əvvəlində Samsung-un S Pen-dən imtina edəcəyi ilə bağlı şayiələr texnologiya dünyasında rezonans doğurmuşdu.

Xüsusilə, Galaxy S25 Ultra-nın S Pen-dən Bluetooth xüsusiyyətlərinin çıxarılması bu iddiaları gücləndirdi.

Lakin Samsung öz açıqlamaları ilə bu narahatlığı aradan qaldırmağa çalışıb. Samsung-un Böyük Britaniya MX Məhsul və Marketinq üzrə vitse-prezidenti Annika Bizon, S Penin şirkət portfelində çox əhəmiyyətli bir yerə sahib olduğunu və bu aksesuarın Galaxy S Ultra seriyası üçün əvəzolunmaz olduğunu bildirdi.

Annika Bizon dedi: “Yaradıcılıq bizim əsas dəyərlərimizdən biridir. Əgər yaradıcısınızsa, siz rəsm çəkməyi və eskiz çəkməyi bacarmaq istəyirsiniz. Və Sketch to Image bizim süni intellekt xüsusiyyətlərimizdən biri olduğundan, S Pendən istifadə edərək gözəl eskizlər çəkə bilərsiniz. Onun kifayət qədər böyük dizayn üstünlüyü var” deyib.

Şirkət rəsmiləri Bluetooth funksiyalarından istifadə nisbətinin 2 faizdən aşağı olduğunu və buna görə də bu funksiyanı aradan qaldırdıqlarını açıqladılar.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Kamala Harris Donald Trampı 4 xal qabaqlayır

Aynur Camal

Putin İran prezidenti Pezeşkianla telefon danışığı apardı

Aynur Camal

Avstraliya Filippinə 20 pilotsuz təyyarə hədiyyə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu