19 C
Baku
8 Sentyabr 2024, 3:43
Dünya

Samsung Galaxy Z Fold 6 ilk dəfə canlı olaraq izlənildi

Samsungun maraqla gözlənilən qatlana bilən telefonu Galaxy Fold 6 canlı olaraq izlənildi. Yeni şəkillər telefonun dizaynını ortaya qoyur.

Ötən ilin iyul ayında Galaxy Z Fold 5 modelini təqdim edən Cənubi Koreyalı smartfon istehsalçısı Samsung indi Galaxy Z Fold 6 modeli üçün günləri sayır. Telefonun iyul ayında yenidən təqdim ediləcəyi gözlənilir.

Samsung tədbirdə Galaxy Z Flip6 və Z Fold 6-nı təqdim edəcək. Təqdimatdan bir neçə gün əvvəl Galaxy Z Fold 6 ilk dəfə canlı olaraq görüldü.

Şəkillərə baxdığımız zaman Galaxy Z Fold 6-nın sərt küncləri və daha geniş xətləri olduğunu görürük. Bu, Samsungun telefonu bir az Galaxy S24 Ultra modelinə bənzətdiyini göstərir.

Bundan əlavə, Samsung menteşəni daha az nəzərə çarpan hala gətirərək panel və menteşə arasında boşluq hissini minimuma endirdi.

 Yeni kamera dizaynı

Galaxy Fold 6-nın arxa kamerası da yeni dizaynı ilə ortaya çıxdı. Həmçinin cihazın sağ tərəfində səs düyməsi və barmaq izi skaneri var.

Samsung tədbirdə Galaxy Z Flip6 və Z Fold 6-nı təqdim edəcək. Təqdimatına bir neçə gün qalmış Galaxy Z Fold 6-nın bütün xüsusiyyətləri ortaya çıxdı.

Galaxy Z Fold6 2160×1856 təsvir ölçülü və 120 Hz yeniləmə tezliyi ilə 7,6 düymlük ekranla gələcək. Qapaq HD+ təsvir ölçülü 6,3 düymlük ekranla görünəcək.

Bu il Qualcomm-un flaqman prosessoru olan Snapdragon 8 Gen 3 ilə təchiz ediləcək qatlana bilən telefon 12 GB RAM və 256 GB yaddaşa sahib olacaq.

Galaxy Z Fold6 50 MP, 12 MP və 10 MP-lik üçlü kamera qurğusuna sahib olacaq. Kamera baxımından əvvəlki modeldən yeganə fərqin 4K/120 kadr sürətində yavaş hərəkət dəstəyi olacağı bildirilir.

Galaxy Z Fold 6 qiyməti

Hələlik Samsung Galaxy Z Fold 6-nın qiyməti rəsmi olaraq açıqlanmasa da, telefonun 1899 dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı bildirilir.

Mənbə: EnSonHaber

Teymur Əziz

Oxşar xəbərlər

Məscidin imamı səhər namazını qılarkən bıçaqlandı

Nigar Məmmədova

“Kızılcık şerbeti” serialı niyə dayandırıldı? – AÇIQLAMA

Kəmalə Sultan

Silahlı hücumlarda 12 nəfər həlak oldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu