11 C
Baku
3 Dekabr 2025, 1:45
Dünya

Samsung populyar qatlanan telefonuna dəstəyi kəsir

Samsung bu yaxınlarda proqram dəstəyi planını yenilədi. Şirkət, 2020-ci ildə satışa çıxarılan qatlanan Galaxy Z Fold 2 5G telefonunun artıq dəstək almayacağını açıqlayıb.

Cənubi Koreyalı smartfon istehsalçısı Samsung şirkəti ilk dəfə Galaxy Fold ilə qatlanan telefon bazarına girdi və bazarda lider oldu.

Hal-hazırda qatlanan telefon bazarına liderlik edən Samsung köhnə modellərə dəstəyini dayandırmağa başlayıb.

Samsung bu yaxınlarda proqram dəstəyi planını yenilədi. Şirkət rəsmi olaraq 2020-ci ildə satışa çıxarılan qatlanan Galaxy Z Fold 2 5G telefonunun yeni yeniləmələri qəbul etməyəcəyini rəsmi olaraq elan etdi.

Galaxy Z Fold2 2020-ci ildə buraxıldı və qutudan Android 10 əməliyyat sistemi ilə çıxdı.

Telefon indiyədək bir çox yeniləmə, o cümlədən One UI 5.1.1 / Android 13 yeniləməsi alıb. Bununla belə, telefon artıq yeni yeniləmələri qəbul etməyəcək.

Galaxy Z Fold 2 5G istifadəçiləri üçün daha bir pis xəbər var. Telefon artıq Android yeniləmələri ilə birlikdə təhlükəsizlik yeniləmələrini almayacaq.

Bu o deməkdir ki, telefon gələcəkdə mümkün hücumlara qarşı həssas olacaq.

Mənbə: EnSonHaber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Təbii fəlakət nəticəsində 33 nəfər öldü

Bugün TV

İran etirazları: İkinci edam icra olunub

Aynur Camal

İsrail yanır! İşğal edilmiş Qüds və Təl-Əviv alov içində: Beynəlxalq yardım çağırışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu