11 C
Baku
17 Mart 2026, 16:07
Texnologiya

Samsung smartfonlara dəstək müddətini azaltdı

Bugun.tv xəbər verir ki, Samsung yeddi il ərzində bütün smartfonlarının istifadəçilərini dəstəkləməyəcək. Bu barədə ixtisaslaşmış “SamMobile” nəşri məlumat yayıb.

Jurnalistlər xatırladıblar ki, şirkət əvvəllər söz vermişdi ki, yeni qurğuların sahibləri yeddi illik dəstəyə arxalana biləcəklər. Beləliklə, Samsung yeddi il ərzində Android yeniləmələrini və təhlükəsizlik yamaqlarını buraxmağı öhdəsinə götürüb. Lakin sonradan şirkət bu müddətləri azaldıb. Yeni təcrübə bütün qacetlərə şamil edilməyəcək.

Müəlliflər rəsmi buraxılışı martın 11-də baş tutacaq Samsung Galaxy A55 və A35-in tanıtım materiallarına diqqət çəkiblər. Tizerdə deyilir ki, telefonlar Android yeniləmələri ilə dörd il dəstəklənəcək. Qurğular da təhlükəsizlik yamaları ilə beş il dəstək alacaq.

Jurnalistlərin fikrincə, bu, qazanc əldə etmək baxımından ağlabatan qərardır. Çünki uzunmüddətli dəstək istehlakçıları yeni smartfonlar almağa sövq etməyəcək. Cihazların yeddi il ərzində Android yeniləmələrini alacağına yalnız flaqman sahibləri arxalana bilər.

Fevralın sonunda Koreyanın Samsung şirkəti biləyə taxıla bilən smartfonun prototipini nümayiş etdirib. Şirkət qeyd edib ki, əgər siz əlinizə smartfon qoysanız, o, ürək döyüntüsünüzü və digər tibbi göstəricilərinizi qeyd etməyə başlayacaq.

Mənbə lenta.ru

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İran münaqişəsi texnika və populyar məhsulların qiymətinə necə təsir edə bilər?

Aynur Camal

Avstraliya AI ilə bağlı axtarış sistemləri və tətbiq mağazalarını sərtləşdirə bilər

Aynur Camal

Samsung silikon-karbon batareya texnologiyalı smartfon üzərində işləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu