Baş xəbərKriminal

Samuxda oğurluq etməkdə şübhəli bilinən qohumlar saxlanıldı

Bugun.tv xəbər verir ki, Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndindəki fərdi yaşayış evlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırma zamanı məlum olub ki, naməlum şəxs və ya şəxslər qeyri-qanuni yolla mənzilə daxil olaraq oradan ümumi dəyəri 3500 manat olan müxtəlif məişət əşyalarını oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məhərrəmov saxlanılıb.

Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cinayəti bacısı oğlu Sərxan Balakişiyev ilə birlikdə törətməsi də məlum olub.

Polis əməkdaşları S. Balakişiyevi şübhəli şəxs qismində saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı araşdırmalar davam etdirilir

Kəmalə Sultan

Oxşar xəbərlər

Paytaxtda dəhşətli qətlə hadisəsi baş verdi

Kəmalə Sultan

“Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız uğurlar xalqımızın firavan həyatını davamlı edəcək”

Nigar Məmmədova

“Erməni cəmiyyətinin böyük hissəsi sülh istəyir”- Cavanşir Feyziyev

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu