Dünya

Sanae Takaiçidən Giorgia Meloniyə ad günü sürprizi

İtaliyanın baş naziri Giorgia Meloninin Yaponiyaya rəsmi səfəri çərçivəsində Yaponiyanın baş naziri Sanae Takaiçi ilə görüşü diqqət çəkib.

Tokio şəhərində keçirilən İtaliya–Yaponiya zirvəsi zamanı səmimi və şən anlar yaşanıb.

Liderlərin görüşü zamanı Meloni və Takaiçi anime filtri ilə çəkilmiş selfi fotosu ilə sosial mediada gündəm olub. Meloni paylaşımında iki ölkə arasındakı məsafəyə baxmayaraq münasibətlərin getdikcə möhkəmləndiyini, dostluq və qarşılıqlı anlaşmanın önə çıxdığını vurğulayıb.

Tədbir zamanı Sanae Takaiçi Giorgia Meloniyə gözlənilməz ad günü sürprizi edib. Yaponiyanın baş naziri Meloninin ad gününü italyan dilində “Ad günün mübarək” mahnısını səsləndirərək qeyd edib. Bu anlar kameralar tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə geniş maraq doğurub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

ÜST-ün Baş direktoru Qlobal Bakı Forumunda beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

Aynur Camal

İran 2026 Dünya Kubokunda iştirakdan imtina etdi

Aynur Camal

Yaxın Şərqdə gərginlik artır: ABŞ, İsrail və İran arasında qarşıdurma davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu