17 C
Baku
27 Oktyabr 2025, 3:49
Dünya

Sanitariya-gigiyena hallarını pozanlar tənbeh olundu

Bugun tv xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 20-də Siyəzən rayonu ərazisində keçirdikləri tədbir zamanı* sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və içməli, məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması faktları aşkar olunub.

Bugun tv yə verilən məllumata görə İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) maddələrinin tələblərini pozduqlarına görə Zarat kənd bələdiyyəsinin sədri və rayon sakini olan 4 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Bugün TV

Oxşar xəbərlər

Pezeşkian Azərbaycanda Təbriz və Ərdəbil doğmalığı niyə gördü? – Bunu o da bilir, biz də bilirik, Eynəli dağı da, uca Savalan da

Aynur Camal

BMT Ukraynaya 3,32 milyard dollar yardım çağırır

Aynur Camal

İtən 2 alpinistin cəsədi 5 gündən sonra tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu