28 C
Baku
21 İyul 2025, 2:09
Baş xəbər

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam edir

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bugun.tv xəbər verir ki, Bakı şəhəri və Şamaxı rayonu ərazilərində keçirilən tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi halları aşkarlanıb. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və 262.2.3-cü içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə təyinatsız axıdılması) maddələrinin tələblərini pozduqlarına görə paytaxtın Suraxanı rayonunda Zığ qəsəbəsinin icra nümayəndəsi, Şamaxı rayonunda Sabir, Həyəli, Mədrəsə və Şəhriyar qəsəbələrinin bələdiyyə sədrləri, Şərədil kəndi ərazisində “Sərin Meşə” adlanan restoranın direktoru, Avaxlı kəndində bir vəzifəli, Sabir qəsəbəsində 2 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Vaqner qrupu dövlət tərəfindən maliyyələşdirilir” – PUTİN AÇIQLAMA VERDİ

Kəmalə Sultan

Türkiyədə də xidmət göstərən qlobal nəhəng 20 min adamı işdən çıxarır

Aynur Camal

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu