Kaliforniyanın San Ramon şəhərindəki zərgərlik mağazası onlarla maskalı şübhəli şəxs tərəfindən qarət edilib. Şübhəlilər mağazaya atəş açaraq avtomatik qapını sındırıb 1 milyon dollar dəyərində zinət əşyaları ilə qaçıblar.
Təxminən 25 nəfərdən ibarət qrup eyni vaxtda 1 milyon dollar dəyərində zinət əşyaları, üzüklər, sırğalar və xalis qızıl oğurlayıb.
Polis bildirib ki, oğrular avtomobillərinə minib qaçıblar, əvvəllər qaçdıqları nəqliyyat vasitələrinin də oğurlandığı məlum olub.
Məlumata əsasən, polis 160 km/saat sürəti aşan avtomobilləri təqib edib, lakin ictimai təhlükəsizlik narahatlığına görə təqibi dayandırıb. Hadisəni törədənlərin axtarışı davam etdirilir.
Oğurluqda əli olmaqda şübhəli bilinən 7 nəfər nəzarətə götürülüb. Şübhəlilərin yaşları 17 ilə 31 arasında idi və onların Oklend bölgəsində yaşadığı müəyyən edilib. Bununla belə, şübhəlilərin digər quldurluq hadisələri ilə də əlaqəsinin ola biləcəyi bildirilib.
Polis rəsmiləri bunun qruplaşmanın ilk oğurluğu olmadığını vurğulayaraq, oğurlanmış qızıl-zinət əşyalarının və iki silahın bəzilərinin tapıldığını açıqlayıb.
Hazırda polis dəstənin qalan hissəsini axtarır. Yaxalansa, oğruları 25 ildən 50 ilə qədər həbs cəzası gözləyir.
Mənbə: TgrtHaber