Dünya

Santorini adasında fövqəladə vəziyyət elan edildi

Yunanıstanın Mülki Müdafiə Baş Katibliyinin qərarı ilə Santorini adasında fövqəladə vəziyyət elan edilib. Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Mülki Müdafiə Baş Katibliyi son günlər Egeydə intensiv seysmik fəaliyyətdən təsirlənən Santorinidə martın 1-dək fövqəladə vəziyyət elan edilməsinə qərar verib.

Digər tərəfdən, Afinadan adaya gedən mütəxəssis qrupu binalarda araşdırmaya başlayıb. Mütəxəssislər tez-tez baş verən zəlzələlər səbəbindən sürüşmə təhlükəsinə diqqət çəkərək sakinlərdən diqqətli olmağı xahiş ediblər.

Bildirilib ki, Santorini 10 gün ərzində 7700-dən çox kiçik zəlzələ ilə silkələnib.

Mümkün güclü zəlzələdən qorunmaq üçün adaya əlavə əsgərlər, polis və yanğınsöndürmə briqadaları göndərilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yayda arıqlamağın ən effektiv yolu açıqlanıb

Aynur Camal

Qastroenteroloq: İki boşqab yemək həmişə zərərli deyil

Aynur Camal

Alimlər dünyanın ən zəhərli yosun növünü müəyyən etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu