Baş xəbərDünya

Santorinidə zəlzələyə hazırlıq: Liman tikiləcək

Egeydəki Yunan adalarındakı seysmik aktivliyə görə Yunanıstanın Santorini adasında gəmilərin fövqəladə vəziyyətdə istifadə etməsi üçün xüsusi liman inşa edəcəyi bildirilib. Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias, yerin qalxması və sürüşmənin mütəxəssislər tərəfindən izləndiyini vurğulayıb. Yunanıstanın zəlzələyə hazırlıq məqsədilə Santorini adasında xüsusi liman tikəcəyi açıqlanıb.

Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias, ANT1 televiziya kanalına verdiyi açıqlamada, yaxın gələcəkdə və ya uzun müddətdə hər hansı böyük zəlzələ olacağı təqdirdə Santorini xalqının sahil bölgələrindən uzaqlaşmalı və daha yüksək ərazilərə köçməli olduğunu söylədi.

Kikilias qeyd edib ki, baş nazir Kiriakos Mitsotakis ilə görüşdükdən sonra Yunanıstan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində hazırda adada tikilən böyük limandan əlavə, zəlzələ zamanı istifadə olunacaq xüsusi liman inşa etmək qərarına gəliblər.

Kikilias Egeydə çoxlu sayda dənizaltı vulkanik ərazinin olduğunu və bölgədəki son maqma hərəkətlərinin mütəxəssislər tərəfindən izləndiyini bildirib. Kikilias Santorini adasındakı yerin qalxması və sürüşməsinin də mütəxəssislər tərəfindən izləndiyini vurğuladı.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

James Webb Saturnun halqalarını görüntülədi – FOTO

Teymur Əziz

Rusiya ordusu Ukrayna pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün Sovet istehsalı olan təyyarələri modernləşdirir

Aynur Camal

“Bilim Bakı” mərkəzi 1 yaşında!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu