25 C
Baku
20 İyul 2025, 1:16
Dünya

Saqqız Covid və hamiləlik testinə çevrildi

Hər il dünyada milyardlarla birdəfəlik testlər atılır və Covid-19, hamiləlik və müxtəlif xəstəliklərin diaqnozu üçün istifadə olunur.

  İngiltərədəki elm adamları istifadə edilmiş saqqızları təkrar emal edərək test dəstlərinin plastik hissələrini istehsal etməyə nail olublar. Texnika sayəsində hər il minlərlə ton tullantı təkrar emal edilə bilər. Edinburq Universitetinin mütəxəssisləri təkrar emal edilmiş plastikdən hər il milyardlarla test dəstində istifadə olunan “yanal axın kasetləri” istehsal etməyi bacardıqlarını açıqladılar.

 Alimlər hətta saqqızdan xammal kimi istifadə edə biləcəklərini deyirlər.

Mövzu ilə bağlı danışan ekspert, “Təkrar emal edilmiş materiallardan beş yanal axın analizi dəsti istehsal etdik. Bunlardan üçü köhnə saqqız, soyuducu hissələri və əhəng daşından, ikisi isə bioloji yolla əldə edilən materiallardan hazırlanmışdır. Məqsədimiz qənaət etməkdir. Xammal istehsalında yüzdə 30-50% qənaət etmək olur” deyib.

Britaniyalı sahibkarlar qeyd edirlər ki, səhiyyə sektorunda milyardlarla test dəstləri hər il bir dəfə istifadə edildikdən sonra boş yerə gedir.

Təkrar emal edilmiş materiallardan hazırlanmış test dəstlərinin sınaqları davam edir.

Texnikanın geniş miqyasda istifadəsi ilə on minlərlə ton tullantıların təkrar emal oluna biləcəyi vurğulanır.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Nəsli kəsilmək təhlükəsi ilə üzləşən 100 yaşlı iki nəhəng tısbağanın uşaqları oldu

Aynur Camal

Türkiyə 2028-ci ildə “Kaan” hərbi təyyarəsinin kütləvi istehsalına başlayacaq

İntizar Əmirova

Amerika siyasətində Tulsi Gabbard mübahisəsi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu