3 C
Baku
14 Dekabr 2025, 23:13
Baş xəbərDünya

Sara Netanyahu Roma Papasından girovların buraxılmasına kömək göstərməyi xahiş etdi

İsrailin Baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Roma Papası Fransiskdən Qəzza sektorunda saxlanılan girovların azad edilməsinə kömək göstərməsini istəyib.

Bugun.tv xəbər verir ki, İsrail Baş nazirinin ofisinin məlumatına görə, Sara Netanyahu Roma Papasından heç bir şərt olmadan bütün girovların dərhal azad olunması üçün öz nüfuzundan istifadə etməsini, həmçinin girovlara onlara dərman çatdırması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə çağırış etməsini xahiş edib.

Məktubda HƏMAS hərəkatının əlində əksəriyyəti yaralı və ya xəstə olan 129 girovun olduğu deyilir.

Qeyd edək ki, bir müddət öncə isə Binyamin Netanyahu Fələstin eksklavında hərbi əməliyyatların gücləndiriləcəyini bildirib. Eyni zamanda, SAXAL Qəzza sektorundakı tunellərdə beş girovun cəsədinin tapıldığı barədə məlumat yayıb.

Aynur Camal

Oxşar xəbərlər

“İƏT 17-ci Zirvə Görüşü yeni imkanların yaranmasına səbəb olacaq”

Aynur Camal

Sergey Lavrov: “Rusiya “Taliban”ı inklüziv olmadığı müddətcə tanıya bilməz”

Bugün TV

“Şuşa Qlobal Forumu təbii zamanın axarı deyil” VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu